Dünya
Obama Putinlə razılaşdı: Əsəd bu ölkələrdən birinə sürgün olunacaq
Suriyada fərqli cəbhələri dəstəkləyən Səudiyyə
Ərəbistanı ilə Rusiyanın daxili müharibəyə son qoymaq üçün ortaq
qərara gəldiyi iddia olunur.
Publika.az xəbər verir ki, Liviyanın “Əl
Cümhuriyyə” qəzeti Moskva və Riyadın Bəşər Əsədsiz Suriya haqda
razılığa gəldiyini iddia edib. Ssenariyə görə, Suriyada daxili və
xarici müxalif qruplar, III Cenevrə konfransında masa arxasına
gətiriləcək. Bu qrupların dəstəyi ilə keçid hökuməti qurulacaq.
Bəşər Əsəd və kabineti sürgünə göndəriləcək.
Qəzet ABŞ-ın da bu ssenariyə dəstək verdiyini yazıb. Hətta ABŞ,
Rusiya və Səudiyyə Ərəbistanının növbəti Cenevrə konfransına
qatılacaq qrupları müəyyənləşdirmək üçün fəaliyyətə başladığı
deyilir.
Bəşər Əsəd isə 4 ölkədən birinə - Rusiya, İran, Oman və ya
Əl-Cəzairə sürgün ediləcək. Bu ölkələrin razılığının alındığı da
iddia olunur. Məlumata görə, gələn ay Səudiyyə Ərəbistanı kralı Bin
Əbdüləzizin Moskvaya səfər edəcəyi gözlənilir. Suriya müxalifətinin
beynəlxalq koalisiyasının lideri Xalid Xocanın ötən ay Moskvaya
səfəri də bu informasiya fonunda diqqət çəkir.
Müxalifətin lideri Moskva səfərindən danışarkən bunları demişdi:
“İlk dəfə Rusiyanın Əsədin əvəzedilməz olmadığı haqda düşüncələrini
gördüm”.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB