Habil Əliyevin ölüm xəbəri ailəsini hövsələdən çıxartdı
Bizi izləyin

Magazin1

Habil Əliyevin ölüm xəbəri ailəsini hövsələdən çıxartdı

Xalq artisti, canlı əfsanə Habil Əliyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər doğru deyil.

Bu xəbərlər sənətkarın ailəsinə pis təsir edib.

Bu barədə Publika.az-a xalq artistinin həyat yoldaşı Şərqiyyə xanım məlumat verib:

“Xəbərlər yayılır ki, guya Habil rəhmətə gedib. Yalan xəbərdir. Vəziyyəti ağırdır, komadadır, gecə-gündüz yanından ayrılmırıq, həkimlər də bizimlə birgə. Bu gün səhər nazir də zəng edib narahatlığını və yayılan xəbərlərdən əsəbiləşdiyini bildirdi”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm