Mətbəx
Pomidorun qabığını atmayın!
Pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu ləzzətli tərəvəz dadı və qoxusu ilə hamının ağız dadına uyğundur. Təəssüf ki, pomidorun qabığı özü qədər sevilmir. Halbuki onun qabıqlarını atmaq da israfçılıqdır. Çünki pomidorun özü qədər faydalı olan qabığından dadlı tomat hazırlaya bilərsiniz.
Publika.az-ın təqdim etdiyi resepti sınaqdan keçirin. Əmin olun ki, marketlərdə satılan kimyəvi maddələrlə dolu tomatlardan birdəfəlik imtina edəcəksiniz.
Tərkibi:
Pomidor qabığı
Duz
Hazırlanması:
Pomidor qabığını böyük bir qaba töküb duzlayın. Daha sonra kağız torbalara doldurun. Torbaları ləyənə qoyub günəşin altında saxlayın. Ləyən dolduqca suyu boşaldın. Arada bir torbaları silkələyərək qarışdırmağa çalışın. 4-6 gündən sonra qabıqları süzgəcdən keçirin. Su qaynayıb qatılaşana, tomat halına düşənə kimi qaynadın. İsti halda şüşə qablara doldurub qabları ağzıüstə çevirin. Üstünü tünd rəngli parça ilə örtüb 1 gün qaranlıqda saxladıqdan sonra soyuducuya qoyun. Bu tomatdan qış aylarında asanlıqla istifadə edə bilərsiniz.
Nuş olsun!
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!