Bu şəxslər xalq artisti adından məhrum ediləcək
Bizi izləyin

Magazin2

Bu şəxslər xalq artisti adından məhrum ediləcək

Ukrayna Prezidenti Pyotr Poroşenkonun bəzi məşhurlardan Ukraynanın xalq artisti adının geri alınacağına qərar verəcək.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Poroşenko Bloku”nun millət vəkili İqor Melniçuk bu haqda mətbuata açıqlama verib. Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin mürəkkəb siyasi vəziyyəti məşhurları Ukraynaya dəstək çıxmağa və onun tərəfində olmağa vadar etməlidir:

“De-fakto müharibə şəraitində olan Ukrayna çətin vəziyyətdədir. Bu halda Ukraynanın xalq artisti adına layiq görülən məşhurlar Ukraynanı dəstəkləməli və atacaqları addımları əvvəlcədən götür-qoy etməlidirlər. Bu kəslər aqressiv Rusiya Federasiyası ilə çəkişmələr yaşayan Ukrayna önündəki məsuliyyətlərini dərk etməlidirlər. Əgər hər hansı bir məşhur Ukrayna vətəndaşı adına layiq deyilsə, ona verilən xalq artisti adından söhbət gedə bilməz. Xalq artisti adından məhrum ediləcək şəxslərin siyahısını isə Pyotr Poroşenko müəyyən edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm