Bakı metrosunda intihar: Sərnişin özünü qatarın altına atdı
Bizi izləyin

Hadisə

Bakı metrosunda intihar: Sərnişin özünü qatarın altına atdı

Metronun “28 May” stansiyasında faciə baş verib.

Publika.az xəbər verir ki, bir kişi özünü qatar relsinin üstünə atıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi xəbərə görə, hazırda meyit qatarın altından çıxarılıb, hüquq-mühafizə orqanları araşdırma aparır: “Özünü qatarın altına atan şəxsin kimliyi barədə məlumat yoxdur. Hadisə baş verən kimi stansiya boşaldıldı, qatarların hərəkəti dayandırılırdı. Artıq meyit çıxarıldığından hərəkət bərpa edilib”.

Qeyd edək ki, “28 May” stansiyasında hərəkətin məhdudlaşdırılması digər stansiyalarda da sıxlığa səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm