Payızın dəb tendensiyası: etnik geyim tərzi - FOTOLAR
Bizi izləyin

Dəb

Payızın dəb tendensiyası: etnik geyim tərzi - FOTOLAR

Rusiyalı dizayner Ulyana Serqeyenko öz ilham mənbəyini milli geyimlərdən alır. Etnik tərzin təsiri onun kolleksiyalarında kəskin şəkildə hiss olunur. Təsadüfi deyil ki, gənc dizaynerin bu ideyasından digər dizaynerlər də bəhrələnirlər.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, rus mədəniyyətinin işləmə, tikmə və applikasiya üsullarından ilhamlanaraq hazırlanan geyimləri payız-qış mövsümünün də əsas dəb tendensiyalarından biri olacaq.

Xüsusilə, bohem və etnik tərzdə pançolar bütün dəbsevərlərin xoşuna gələcək.

İlk baxışda etnik geyimlərimizin ruslarınkı ilə oxşarlıq təşkil etdiyindən azərbaycanlı xanımların etnik tərzə laqeyd qalmayacağını əminliklə deyə bilərik.

Etnik geyim tərzinə aid bir neçə nümunəni təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm