ANS-in aparıcısı “Space”də işə başladı – MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

ANS-in aparıcısı “Space”də işə başladı – MÜSAHİBƏ

ANS telekanalında tanınan teleaparıcı Zəhra Rüstəm-Osmanova fəaliyyətinə bir müddət idi ki, ara vermişdi. Təqribən 2 illik fasilədən sonra o, yenidən efir məkanına qayıdıb. Özü də “Space” telekanalında.

Publika.az jurnalistdən müsahibə götürüb.

  • Neçə ildir ANS-dən ayrılmısınız?
  • 2013-cü ildən ANS telekanalından ayrılmışam. Ana olduqdan sonra uşağıma daha çox vaxt ayırmalı idim. Bu səbəbdən ərizəmi yazıb, işdən ayrılmalı oldum.
  • 2 il televiziyadan ayrı qalandan sonra efir məkanına əlidolu qayıtmısınız, yoxsa əliboş? Yəni yeni ideyalar varmı?
  • Televiziyadan uzaq qalmamışam. Mən elə tənbəl analardan deyiləm. Bu iki il ərzində İncəsənət Universitetində magistr təhsili aldım. Ümumrespublika Teatr Festivalında öz tamaşamla iştirak etdim. Ən əsası, Bakı 2015 Avropa Oyunlarında rəsmi aparıcılardan biri oldum. Bu, mənim üçün böyük uğur idi. Bütün bu işlərdə həyat yoldaşım Cavid mənə çox dəstək verdi. Təkbaşına bu işlərin öhdəsindən gələ bilməzdim. Caviddən başqa anam da mənə mənəvi dəstək olurdu.
  • Cavid necə kömək edirdi?
  • Cavid daha çox maddi kömək edirdi. Cünki mən işləmirdim. 2 il ərzində bütün yük məhz Cavidin üzərində idi.
  • Cütlük olaraq birlikdə veriliş aparmaq fikriniz necə, yoxdur?
  • Hələ ki uşaqla alınmır. Belə bir layihəyə imza atsaq, uşağa ayırmağa vaxtımız qalmaz. Bir az böyüsün, var gücümüzlə yeni layihələrə başlayacağıq.
  • Necə oldu “Space”də işə başladınız?
  • Təklif “Space”dən gəldi. Mən də düşünüb, təklifi dəyərləndirdim.
  • Veriliş nədən bəhs edəcək?
  • Mədəniyyət aləmində baş verənlərdən. Həftəiçi hər gün xəbər verəcəyəm. Yeni verilişim “Sənətsevər” adlanır.
  • Tamaşaçıların yaddaşında daha çox hava proqnozunun və “Ağıl dəryası” verilişinin aparıcısı kimi qalmısınız. Mədəniyyət sahəsində aparıcılıq etmək çətin olmayacaq?
  • Əksinə ANS-də ilk olaraq “Salam, Azərbaycan!” verilişində mədəniyyət müxbiri və aparıcısı kimi işə başlamışam. Bu sahə üzrə kifayət qədər təcrübəm var. Odur ki, heç bir çətinliyim olmayacaq. Həm də yeni çalışdığım kollektivdə peşəkar insanlar çoxdur. Verilişin prodüseri Nicat İsmayılov, müxbiri Sevinc Xeyrullayevadır. Bütün texniki heyət də peşəkar insanlardır. Ən əsası isə mən mədəniyyət xəbərlərini sevirəm. Ona görə işimdən xüsusi zövq alacağam.
  • “Sənətsevər”də şou biznes də olacaq?
  • Yox, qətiyyən! Hesab edirik ki, incəsənət sahəsində olan insanlara xüsusi diqqət ayırmaq lazımdır. Yeni formatda bir verilişdir. Bu aydan efirdə olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm