Əsədin ordusu Türkiyə istiqamətində hücuma başladı
Bizi izləyin

Dünya

Əsədin ordusu Türkiyə istiqamətində hücuma başladı

Suriyada Bəşər Əsəd rejiminə aid birliklər Bayırbucak türkmanlarının yaşadığı bölgəyə hücuma başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli mənbələrə istinadən xəbər verib.

Məlumata görə, rejim gücləri müxalifət qüvvələrinin nəzarətindəki türkman bölgəsinə tank və minaatanlardan atəş açmağa başlayıb. Partlayış səslərinin Türkiyənin Hatay vilayətinin Yayladağı mahalından da eşidildiyi bildirilir.

Suriyanın şimali-qərbində - Türkiyə sərhədində olan Bayırbucak bölgəsində təxminən 300 min türkman yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm