Rus və türk qırıcıları üz-üzə: Ankaranın “qırmızı xətt”i pozuldu
Bizi izləyin

Dünya

Rus və türk qırıcıları üz-üzə: Ankaranın “qırmızı xətt”i pozuldu

Rusiyanın Suriyada hava əməliyyatlarına başladığı ikinci gün – oktyabrın 1-də türk və rus qırıcıları üz-üzə gəliblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk mənbələrinə görə, Hatay vilayətinin Yayladağı mahalı ilə həmsərhəd Suriyanın Yamadıya bölgəsini vuran rus qırıcıları Türkiyənin “qırmızı xətti” olan hava məkanına daxil olublar.

Mənbələrə görə, Rusiya qırıcıları Türkiyə sərhədini pozmasalar da, Ankaranın hərbi təyyarələrin uçuşu üçün qadağan etdiyi 5 millik hava sahəsinə giriblər. Məlumata görə, bölgədə patrul uçuşu həyata keçirən Türkiyənin iki F-16 təyyarəsi havaya qalxandan sonra Rusiya təyyarələri sözügedən hava məkanını tərk ediblər.

Qeyd edək ki, 2012-ci ildə Suriyanın türk qırıcısını vurmasından sonra Ankara Suriya sərhədindən Türkiyəyə yaxınlaşan istənilən hava vasitəsini 5 millik hava məkanında təhdid kimi qiymətləndirir.

Bununla bağlı Rusiyanın Ankaradakı səfiri Türkiyənin xarici işlər nazirliyinə çağırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm