Qarabağda Suriya əks-sədası: “Qafqazı İraqın gününə salacaqlar” – ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

Qarabağda Suriya əks-sədası: “Qafqazı İraqın gününə salacaqlar” – ŞOK PROQNOZ

“Rusiyanın Suriyaya qoşun çıxarması fonunda Dağlıq Qarabağda gərginliyin artması diqqətdən yayınmır. Ermənistan açıq şəkildə müharibə anonsu verir. Bu, vəziyyətin daha da kəskinləşəcəyi deməkdir. Hesab etmək olar ki, Azərbaycanın buna reaksiyası olduqca sərt olacaq”.


Publika.az xəbər verir ki, bu barədə Qafqazşünaslıq təşkilatının sədri, rusiyalı politoloq Aleksandr Krılov deyib.


Onun sözlərinə görə, müharibənin başlaması Azərbaycanın, yaxud Ermənistanın iradəsi ilə olmayacaq: “Görünən odur ki, müharibə regionun Suriya, yaxud İraqa çevrilməsinə gətirib çıxaracaq. Tərəflərdən hansınınsa tezliklə qalib gəlmək şansı azdır. Proseslər isə tezliklə müharibənin başlanmasına aparır”.


Krılova görə, Rusiya təcili surətdə tərəflərin barışığına nail olmalıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm