Nida.az
Suriyadan başlayan III Dünya müharibəsi: Vanqanın proqnozu, yoxsa siyasi güclərin məkri? – İNANILMAZ VİDEO
“Müharibə “ilk bahar”da Şərqdən başlayacaq. III Dünya müharibəsinin başlaması “ABŞ və İsrailin dəstəkləməsi”, Suriyanın tamamilə yıxılması ilə olacaq”.
Rusiyanın Suriyaya qoşun çıxarmasıyla Yaxın Şərqdə bütün
siyasi tarazlıq alt-üst oldu. İndiyə qədər ABŞ, Rusiya, Türkiyə,
Səudiyyə Ərəbistanı, İran kimi beynəlxalq və regional güclər
Suriyada döyüşən Əsəd, İŞİD, Azad Suriya Ordusu, Ən-Nusra cəbhəsi
və s. tərəfləri gizli şəkildə dəstəkləyirdisə, hazırda oyunçular bu
dəstəyi açıq şəkildə ifadə edir.
Suriyada üz-üzə olanlar: ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İran,
Rusiya. Artıq bu siyahıya Çin də əlavə olunur. Məlumatlara
görə, Çin J-15 qırıcıları ilə Suriyada Rusiyanın
yanında hava əməliyyatlarına qatılacaq.
Çin qırıcıları İraqın Takaddum hava bazası və Suriyanın Tartus
şəhərinin sahilindəki “Liaoning” təyyarə gəmisindən qalxaraq
Rusiyaya dəstək verəcək.
Bu, faktiki olaraq bütün dünya güclərinin Suriya torpaqlarında
qarşı-qarşıya durması deməkdır. Nə baş verir? III Dünya müharibəsi
başlayırmı?
Müharibə “ilk bahar”da Şərqdən başlayacaq, bu
Suriyanın tamamilə yıxılması ilə
olacaq...
Bu proqnozu bolqar əsilli məşhur öncəgörən Vanqa verib. Onun indiyə
qədər bir çox öncə görmələrinin özünü doğrultduğu deyilir. Misal
üçün, 1943-cü ildə Bolqar çarı Borisin ölümü, Çernobıl Atom
Elektrik Stansiyasındakı qəza, 2001-ci ildə Nyu-Yorkda əkiz
qüllələrin vurulması, 2011-ci ildə Yaponiyada “Fukisama” AES-də
qəza, “ərəb baharı” kimi bir çox məşhur öncəgörmələri artıq
reallaşıb.
Hazırda Yaxın Şərqdəki proseslər onun III Dünya müharibəsi haqda
proqnozunun da doğrulacağı ehtimallarını artırır.
Vanqa: “İlk baharda” Şərqdə savaş başlayacaq, kimyəvi
silahlar istifadə ediləcək. 3-cü dünya savaşı
başlayacaq”.
2011-ci ildə “Ərəb baharı” adı verilən proses Şərqi bürüdü. Bir çox
hakimiyyətlər yıxıldı, dövlətlər iqtisadi zərərlər gördü, lokal
müharibələrə səbəb oldu. Lakin əsl müharibə üç il öncə Suriyada
başladı. İlk olaraq Əsədə qarşı müxalifətin vuruşması ilə başlanan
daxili müharibədə beynəlxalq güclərin fikir ayrılığı Əsəd rejiminin
hakimiyyətdən getməsinə mane oldu. Daha sonra Suriya “cihad
müharibəsi” müstəvisinə keçdi. Və dünya güclərinin üz-üzə dayandığı
bugünkü vəziyyətə gəlib çatdı.
Vanqa ilə yanaşı, III Dünya müharibəsinin başlama tarixi haqda
fransalı keşiş Mişel Nostradamus da bəhs edib. Onun ayinlərindən
bəhs edən kitabda yazılır: “Antixrist üçlüyə heç nə
verilməyəcək. Müharibə 7 il çəkəcək. Hər yan qandır, cəsədlər
torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir, mütəfəkkir isə
məhv olub gedir”.
Fransız keşişin tədqiqatçıları hesab edirlər ki, məhz bu sözlər
III Dünya Müharibəsinə işarədir və bu müharibə 2018-ci ildən
2025-ci ilə qədər dövrü əhatə edəcək.
Bolqar kahin Vanqa daha irəli gedərək dünya müharibəsindən sonra
olacaqlara da işarə edib: “Rusiyanın təsir görməməsi
maraqlıdır. III Dünya müharibəsindən sonra, 2016-cı ildə Avropa boş
və soyuq olacaq, yaşamaq mümkün olmayacaq”.
PS. Bu öncəgörmələrin bir çoxu real həyatda
təsdiqini tapsa da, bir çox hallarda siyasi prosesləri kahinlərin
proqnozu ilə şərh etmək qeyri-ciddi qəbul olunur. Lakin onların baş
verməsi həqiqətini də danmaq çətindir. Digər tərəfdən, müəyyən qrup
düşüncə sahibləri dünya güclərinin bir çox siyasi hadisələri
məqsədli şəkildə kahinlərin proqnozu ilə eyni dövrdə həyata
keçirdiklərini hesab edirlər. Bununla insanlar üzərində mistik
təsir imkanları ələ alınır. Amma bu yanaşma da subyektivdir. Suriya
məsələsinə gəlincə, burada həm kahinlərin proqnozları, həm də
siyasi analiz III Dünya müharibəsinin başlaması ehtimallarını
doğruldur...
Asif Nərimanlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək