Stiv Cobsun sevgilisi: “O, canavar kimi idi”
Bizi izləyin

Magazin2

Stiv Cobsun sevgilisi: “O, canavar kimi idi”

“Apple”-ın yaradıcısı, mərhum Stiv Cobs haqqında iddiaların ardı-arası kəsilmir.

Publika.az xəbər verir ki, mərhumun ilk sevgilisi Krisan Brennan ortaya inanılmaz iddialar atıb. O, “Daily Mail” qəzetində yazdığı məqalədə olduqca maraqlı məqamlara yer verib. Məsələn, Stiv Cobsun həyatda əsl canavara çevrildiyini iddia edən Krisan onun vəhşiliyini və xəsisliyini xüsusilə qabardıb:

“O, həyatda canavar kimiydi. Cobs soyuq, qəddar və azadlığına düşkün insan idi. Hamilə qaldığımı öyrəndikdən sonra çox dəyişdi, atalıq testi etdirmək istədi. Testlər pozitiv çıxdıqdan sonra belə qızını rədd etdi. Özü milyonçu kimi yaşayarkən qızlarına ayda cəmi 500 dollar pul göndərirdi”.

Qeyd edək ki, yaxın vaxtlarda Stiv Cobsun həyatından bəhs edən film tamaşaçılara təqdim ediləcək.

Xatırladaq ki, Stiv Cobs 2011-ci ildə həyatını itirib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm