48 yaşlı aktrisa cazibədar evdar qadın rolunda - FOTOLAR
Bizi izləyin

Magazin2

48 yaşlı aktrisa cazibədar evdar qadın rolunda - FOTOLAR

Hollivudun sevilən aktrisası Nikol Kidman “İnterview” jurnalına evdar qadın obrazında çəkilib. Nikol obrazın uğurlu alınması üçün evdar qadınların məşğul olduğu hər şeyi yerinə yetirib: döşəmə yuyub, paltar ütüləyib və mətbəx işləri görüb. Seksuallığını isə yarımşəffaf penuarlar və seksual corablarla vurğulayıb.

48 yaşlı avstraliyalı aktrisanın jurnalda geniş müsahibəsi də dərc olunub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nikol Kidman jurnala verdiyi müsahibədə aktrisalıq karyerası barədə danışıb. O, etiraf edib ki, uşaqlıqda öz arzularına doğru getmək onun üçün çətin olub. Aktrisa "Valideynlərim uşaqlıqda mənim aktrisa olmaq istəyimi sərt qarşılamışdılar. Onlar zarafatla deyirdilər: "Bizim sürüdə bircə bitli qotur çatışmır!” – deyə bildirib.

Ağ-qara janrda çəkilmiş fotoların müəllifi isə tanınmış fotoqraf Faben Barondur.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm