Bu faciə riski 2015-ci ildə bütün gəmiləri gözləyir – “Titanik”lə bağlı inanılmaz faktlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu faciə riski 2015-ci ildə bütün gəmiləri gözləyir – “Titanik”lə bağlı inanılmaz faktlar – FOTOLAR

"Titanik" gəmisinin batmasından 103 il ötməsinə baxmayaraq, bu faciə ilə bağlı araşdırmalar hələ də davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, batmış gəmi ilə əlaqədar yeni faktlar üzə çıxıb. Məlum olub ki, 1912-ci ilin aprelində baş vermiş faciə hələ də bir sıra sirləri, maraqlı, şok faktları özündə gizlədir.

Son vaxtlar məlum olub ki, müasir gəmilərin aysberqlə toqquşmaq riski "Titanik"lə müqayisədə daha çoxdur. Bu səbəbdən yeni faciələr qaçılmazdır.

1912-ci ilin aprelində evlənmiş 13 cütlük bal ayına "Titanik" gəzintisi ilə çıxmışdı. Bu, onların bir qismi üçün heç də bal ayı olmadı.

Onilliklər boyu 3750 metr dərinlikdə qalmış gəminin ilk qalıqları faciədən 73 il sonra üzə çıxıb.

"Titanik" haqqında ilk film gəminin batmasından bir ay sonra çəkilib. Baş rolu oynayan xanım isə gəmidəki faciəni öz gözləri ilə görmüş, xilas edilmiş sərnişin idi.

Gəmidə ən bahalı nömrə indiki hesabla 100 000 dollar idi.

"Titanik" o qədər böyük idi ki, 2 saat 40 dəqiqəyə batdı.

Gəminin nəhəngliyinə dair daha bir maraqlı fakt – onun sobasına kömür atmaq üçün 176 nəfərin əməyindən istifadə olunurdu.

O, tarixdə aysberqlə toqquşub batan yeganə paroxod idi.

Gəmi ilə toqquşmuş aysberq okeandakı "səyahət"inə 2 min il əvvəl başlamışdı.

.

"Titanik"dəki 30 mexanikdən heç biri sağ qalmadı. Buna səbəb onların buxar maşınında qalaraq vəzifə borclarını sona qədər yerinə yetirmələri idi. Mexaniklər daha çox sərnişini xilas etməyə çalışdıqları üçün özləri həlak olublar.

1496 insan dənizdə can verdiyi gün Şimali Koreyanın diktatoru Kim İr Sen dünyaya gəlib.

Gəminin xilas kəmərləri ilə daha çox – sərnişinlərin yarısını xilas etmək mümkün idi. Lakin onların üçdə ikisi ölüm faciəsindən qurtuldu. "Karpatiya" paroxodu 712 nəfəri həyata qaytardı.

"A la carte" restoranının şef-aşpazı o qədər alkoqol qəbul etmişdi ki, Atlantik okeanının sərt soyuğuna düz 2 saat tab gətirdi.

Sərnişinlərdən yalnız biri – yapon əsilli şəxs digər sərnişinlərlə birlikdə ölmədiyinə görə qorxaq adlandırılaraq sürgün olundu.

1997-ci ildə çəkilmiş növbəti "Titanik" filminin büdcəsi 1912-ci ildə batmış gəminin inşasına xərclənən puldan qat-qat çox idi.

Gəminin göyərtəsindəki 12 itdən 3-ü sağ qaldı.

Belə bir versiya da var ki, "Titanik"in batmasına ilk əsas səbəb aysberqin ətrafındakı buz ilğımı olub. Sağ qalan şahidlər həmin gecə xeyli parıltı gördüklərini iddia edirlər.

Sən demə, "Titanik"in batma səbəblərdən biri də cəmi 30 saniyə yubanması olub. Gəminin müşahidəçiləri aysberqi aşkar edən kimi onun istiqamətini dəyişməyi tələb edirlər. Lakin idarə heyəti 30 saniyə yubanıb. Əgər bu yubanma olmasaydı, faciədən yayınmaq olardı.

"Titanik"də gəminin "Atlantic Dayli News" adlı qəzeti nəşr olunurdu.

1997-ci ildə çəkilmiş filmin baş qəhrəmanı Keyt Uinsletin "Titanik"in "My heart will go on" mahnısından zəhləsi gedir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm