Fransız moda evinin inanılmaz dəb şousu - FOTOLAR
Bizi izləyin

Dəb

Fransız moda evinin inanılmaz dəb şousu - FOTOLAR

Paris moda həftəsi çərçivəsində “Chanel”-in yeni kolleksiyasının nümayişi baş tutub.

Hazırladığı kolleksiyanı adi dəfilə kimi nümayiş etdirməyi xoşlamayan Karl Legerfeld budəfəki nümayişi də şouya çevirib. Dizayner hər zaman olduğu kimi, bu dəfə də qonaqlarını təəccübləndirib. Ən maraqlı məqam dəb nümayişinin hava limanında keçirilməsi olub.

Publika.az xəbər verir ki, nümayiş üçün Böyük Saray hava limanı tərzində dekorasiya olunub. Modellər hava limanında yük çantaları ilə görünüblər. Hətta oturacaqlar da gözləmə zalı şəklində hazırlanıb. Podiuma çıxan modelləri stüardessalar yola salıb.

Yeri gəlmişkən, qeyd edək ki, hava limanından ilhamlanan dizaynerin geyimləri stüardessa uniformasını xatırladıb. Kolleksiyada əsas istifadə olunan rənglər də hava limanı palitrası ilə oxşardır. Bundan başqa Karl Legerfeld təzadlı geyimləri bir-biri ilə birləşdirməyi təklif edib və səndəlləri geyinməyə rəsmi şəkildə icazə verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm