Gizli tarix
Hitler bunkerdə ölməyib – alman füreri ilə bağlı yeni iddia – FOTOLAR
Faşist Almaniyasının kansleri Adolf Hitlerin aqibəti ilə bağlı yeni iddialar ortaya çıxıb.
Publika.az "Focus-online" informasiya saytına istinadən xəbər verir ki, bu barədə şayiələrin siyahısına biri də əlavə olunub.
Bununla bağlı yeni məxfi sənədlər üzə çıxıb. Bir sıra tarixçilər Hitler və xanımı Yeva Braunun 1945-ci il aprelin 30-da Reyxstaqdakı bunkerdə intihar etdiklərini deyirlər. Lakin bunun əksini söyləyənlər də var. Onlar Amerikada yeni çəkilən "Hitlerin qaçışı" adlı 8 hissəli sənədli filmi dəlil gətirərək alman fürerinin müharibə dövründə ölmədiyini israr edirlər. Sənədli filmin müəllifi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq agenti Robert Bayerdir.
Federal Tədqiqat Bürosunda mövcud olan onlarla məxfi sənəd əsasında lentə alınan filmin yaradıcı heyəti Hitlerin Cənubi Amerika ölkələrinə - Argentina və Braziliyaya qaçmasına dair izlər tapıb.
Tədqiqatçılar iddia edir ki, Hitlerin bunkerində Tempelhof hava limanına və eyniadlı dəmiryol stansiyasına çıxmaq üçün tunel olub və o, 1945-ci ildə bu tunel vasitəsilə qaçmaq fürsətindən yararlanıb.
Anar Tağıyev
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!