“Toyota”lar İŞİD-in əlinə necə keçib?
Bizi izləyin

Dünya

“Toyota”lar İŞİD-in əlinə necə keçib?

ABŞ Maliyyə Nazirliyinin terrorçuluğa qarşı departamenti “Toyota” markalı avtomobillərin böyük partiyasının İŞİD terror qruplaşmasının əlinə necə keçdiyini araşdırmağa başlayıb.

Publika.az xəbər verir ki, ABC News telekanalı Maliyyə Nazirliyinin Yaponiyanın "Toyota" avtomobil konserninə bununla bağlı sorğu göndərdiyini bildirib.

Avtokonserndən bildiriblər ki, avtomobillərin İŞİD-in əlinə necə keçdiyinə dair informasiyalara malik deyil. “Biz “Toyota” avtomobillərinin Yaxın Şərq ölkələrinə çatdırılmasının bütün mövcud zəncirləri haqqında ABŞ Maliyyə Nazirliyinə məlumat vermişik”, - konsernin kommunikasiyalar üzrə direktoru Ed Lyuis bildirib.

O, həmçinin əlavə edib ki, Suriyada “Toyota” avtomobillərinin satışı 2012-ci ildə dayandırılıb.

Məlumata görə, İŞİD “Toyota” avtomobillərindən başqa “Mitsubishi”, “Hyundai” və “Isuzu” markalı avtomobillərdən istifadə edir.

Telekanalın məlumatına görə, ABŞ Dövlət Departamenti 2014-cü ildə Suriya müxalifətinə yardım çərçivəsində 43 ədəd “Toyota” avtomobilinin göndərib. Həmçinin bildirilir ki, son iki il ərzində Avstraliyanın Sidney şəhərində yapon konserninin 800-dən çox avtomobili itib. Onların İŞİD-ə çatdırıldığı təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm