Xamneyi ABŞ-la müzakirələri qadağan etdi
Bizi izləyin

Dünya

Xamneyi ABŞ-la müzakirələri qadağan etdi

İranın ali dini lideri ayətullah Əli Xamneyi ABŞ-la müzakirələrin aparılmasını qadağan edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dini lider ABŞ-la müzakirələrin İrana sonsuz zərər verə biləcəyini söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın apardığı müzakirələr İrana təsir etmək məqsədi daşıyır və İranda bunu anlamayan “saf insanlar” var. Dini lider “mədəni və dini işğal”a qarşı mübarizənin vacib olduğunu deyib.

“Düşmənlər gənc insanlara təsir edərək onların siyasi və dini inanclarını zəiflədir”, - Əli Xamneyi dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm