Qoroskop
Astroloji proqnoz - 08 oktyabr
Qoç - Səhər saatlarında yaxın ətrafınızdakı
insanlardan bir neçəsi ilə anlaşılmazlıq yarana bilər. Normal
dialoq istəyirsinizsə, psixoloji cəhətdən çevik olun. Diplomat kimi
davranın. Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən
istifadə edin.
Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün
əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar
verməyin.
Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki harmoniyanı qorumaq üçün mütləq şərtdir.
Buğa - İstənilən yeniliklər və eksperimentlər
üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər
tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini
dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu
deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış
xərclər istisna olunmur.
Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala
bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.
Əkizlər - Günün ilk yarısı effektiv və
əlverişlidir. Fiziki və emosional tarazlığı bərpa edin. Yaxın
ətrafınızdakı insanlarla qeyri-rəsmi şəkildə təmaslara üstünlük
verin.
Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək.
Yaradıcılıqla məşğul ola bilərsiniz.
Axşam saatlarında yeni dost qazanacaqsınız.
Xərçəng - Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət
ayırın. Yaxın ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə
əlavə təkan verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional
addımlar atmayın.
Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı
nəticə verəcək.
Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan
qaldırın.
Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.
Şir - İntellektual iş üçün uğurlu gündür.
Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz
sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla
bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar
əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.
Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş
təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin,
qüvvələrinizi bərpa edin.
Qız - Genişmiqyaslı layihəyə, önəmli məsələyə
başlamaq üçün əlverişli zaman deyil. Əvvəlki işləri bitirin.
Yarımçıq işlər ballasta, izafi yükə çevrilməməlidir.
Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq
olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək.
Yardımlarınızı əsirgəməyin.
Tərəzi - Hadisələrlə zəngin gündür. İşlə bağlı
məsələlər sizdən səfərə çıxmağı tələb edəcək. Müxtəlif dövlət
qurumları və təşkilatlarının mənsubları ilə təmaslar aktiv
olacaq.
Günün ikinci yarısında hətta maraqlarınızın toqquşduğu insanlarla
dil tapmağa çalışın. Gurultulu bəyanatlar verməyin. Yeni biliklər
və bacarıqlar əldə etmək üçün sərfəli zamandır. Şanslardan maksimum
istifadə edin.
Axşam saatlarında adrenalin axtarışlarına çıxmayın.
Əqrəb - Xasiyyətinizin ən yaxşı məqamları bu
gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz.
Lakin bu gün rəğbət bəslədiyiniz adamların bəzilərinin az sonra
sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə
üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli
sövdələşmələrə nail ola bilərsiniz.
Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin
reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb
edin. Gün maraqlı, həyəcanlı olacaq.
Oxatan - Günün ilk yarısında əhvalınız yaxşı
olacaq. Qüvvələrinizdən bədgüman olmayın, bədbinliyə qapılmayın.
Şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə
çalışın.
Günün ikinci yarısında yaxınlarınız və ya qohumlarınızdan birindən
xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə
nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla
yazışma pis keçməyəcək.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Oğlaq - Ambisiyalarınızı açıqlamayın,
cəmiyyətdə bərqərar olmuş qaydalar və qanunlar çərçivəsindən kənara
çıxmayın. Hansısa olay sizdə kəskin narazılıq yaradarsa,
emosiyalarınızın izharına tələsməyin.
Peşəkar etiketin qulaqardına vurulması işdə həmkarlarla
münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq
addımlar atmayın.
Təmkinli olun, emosiyalarınıza nəzarət edin.
Bəzi planları təxirə salmaq gərəkdir. Dəyər verdiyiniz insanla
tələbkar davranın.
Dolça - Maraqlı və pozitiv gündür. Uzaqdan
yaxşı xəbərlər alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar
təklifin alınması istisna deyil. Karyeranızda inkişaf da
mümkündür.
Günün ikinci yarısı təhsil, biliklərin artırılması, təcrübənin
genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan
kənardasınızsa, aktiv təmaslarda olun.
Axşam saatlarında yeni tanışlıq ola bilər.
Balıqlar - Günün ilk yarısında situasiya yaxın
ətrafınızdakı insanlarla münasibətlərinizdən asılıdır.
Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli
olun. Qarşı tərəfin mövqelərini nəzərə alın.
Günün ikinci yarısında gərəkli insanlarla normal əlaqələr yaratmağa
çalışın.
İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz.
Sevdiyiniz insanlarla axşam saatlarında mübahisə etməyin.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO