Təmas xəttində monitorinq keçiriləcək
Bizi izləyin

Nida.az

Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm