Limon və aspirin sayəsində kəpəkli saçlarla vidalaşın
Bizi izləyin

Gözəllik

Limon və aspirin sayəsində kəpəkli saçlarla vidalaşın

Kəpəkdən xilas olmaq istəyənlərə ilk növbədə saç tipiniə uyğun, kəpəklə mübarizə aparan şampundan istifadə etmək tövsiyə edilir. Ancaq əgər şampun kömək etmirsə, daha təsirli vasitələrə müraciət etməlisiniz. Bunun üçün də evdə hazırlanan təbii maskalar köməyinizə gələ bilər.

Publika.az kəpəyə qarşı ən effektli 2 maskanı təqdim edir:

1. Aspirin maskası

Adətən, sızanaqlardan xilas edən maskalara əlavə edilən aspirin kəpəyə qarşı da təsirlidir. Aspirin sizi bu problemdən də xilas edəcək və üstəlik, hər hansı əks-təsiri olamayacaq.

Tərkibi:

Şampun

Aspirin

Su

Hazırlanması:

5-6 ədəd aspirini əzin, üzərinə bir neçə damcı su əlavə edib məcun halına gətirin. Bir armudu stəkanı şampunla doldurun. İçərisinə aspirindən əldə etdiyiniz məcunu əlavə edib qarışdırın. Qarışıqla saç diblərini masaj edin. 2 dəqiqə gözləyib saçınızı yuyun.

Kəpəkdən xilas olana kimi hər dəfə saçınızı yuyanda bu prosesi təkrarlayın.

2. Limon maskası

Limonun tərkibindəki turşular kəpəyin qarşısını alır. Həmçinin baş dərisində yaranan göbələk problemini də aradan qaldırır. Qaşıntıya qarşı da təsirlidir.

Yarım limonun suyunu sıxın və yarım stəkan qatığa əlavə edib qarışdırın. Onunla baş dərisini masaj edin. 20 dəqiqə sonra saçınızı şampunla yuyun. Bu prosesi həftədə 2 dəfə təkrarlayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm