Avropa çempionatında “Qarabağ” təmsil oluna bilər?
Bizi izləyin

İdman

Avropa çempionatında “Qarabağ” təmsil oluna bilər?

AÇ-2016-nın seçmə mərhələsində 9-cu tura bu gün start veriləcək.

Publika.az xəbər verir ki, D, F və İ qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

Günün ən dramatik oyunları Dublin və Braqada baş tutacaq. İrlandiya – Almaniya və Portuqaliya – Danimarka qarşılaşmalarının nəticələrindən sonra Fransaya yollanacaq yığmaların sayı arta bilər.

“Qarabağ”ın futbolçusu Ansi Aqollnin şərəfini qoruduğu Albaniya millisi də bu gecə Fransaya bileti rəsmiləşdirə bilər. Bu baş versə, albanlar tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynayacaq.

AÇ-2016-nin seçmə mərhələsi

8 oktyabr

D qrupu

21:00 Gürcüstan – Cəbəllütariq

23:45 İrlandiya – Almaniya

23:45 Şotlandiya – Polşa

Almaniya - 19, Polşa - 17, İrlandiya - 15, Şotlandiya - 11, Gürcüstan - 6, Cəbəllütariq – 0.

F qrupu

23:45 Macarıstan – Farer adaları

23:45 Şimali İrlandiya - Yunanıstan

23:45 Rumıniya – Finlandiya

Şimali İrlandiya - 17, Rumıniya - 16, Macarıstan - 13, Finlandiya - 10, Farer adaları - 6, Yunanıstan – 0.

İ qrupu

23:45 Albaniya – Serbiya

23:45 Portuqaliya – Danimarka

Portuqaliya - 15, Danimarka - 12, Albaniya - 11, Ermənistan - 2, Serbiya – (-1)*.

* - Serbiyanın hesabından 3 xal silinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm