AYB-də TƏCİLİ iclas: müavin işdən çıxarıldı - QARŞIDURMA
Bizi izləyin

Magazin1

AYB-də TƏCİLİ iclas: müavin işdən çıxarıldı - QARŞIDURMA

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni gərginlik ocağı yaranıb.

Publika.az xəbər verir ki, yeni ocağın episentri “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangirdir. Belə ki, AYB rəhbərliyi Əsəd Cahangirin sözügedən jurnalın baş redaktoru İntiqam Qasımzadə ilə aralarında yaşanan qarşıdurmadan qaynaqlanan problemdən çıxış yolunu onu vəzifəsindən uzaqlaşdırmaqda görüb. Ancaq məsələ burasındadır ki, Əsəd Cahangir baş verənləri danaraq işdən getmədiyini iddia edir.

AYB katibi Fikrət Qoca isə Publika.az-a açıqlamasında Əsəd Cahangirin işindən azad olunduğunu təsdiqləyib: “Mən AYB-nn katibi kimi rəsmi olaraq bildirirəm ki, bəli, Əsəd Cahangiri öz ərizəsinə əsasən işdən azad etmişik. Bununla bağlı biz AYB-də yığışdıq, müzakirə etdik və Əsədin işdən getməsini qərara aldıq. İndi baxırıq görək onu AYB-də hansı işlə təmin edəcəyik”.

Əsəd Cahangirlə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə arasında yaranan gərginliyə və məhz bunun nəticəsində müavinin işdən çıxarılmasına münasibət bildirən Fikrət Qocanın cavabında ziddiyət ortaya çıxıb. Belə ki, katib Ə.Cahangirin işinin baş direktoru qane etmədiyindən vəzifəsindən kənarlaşdırılmasını haqlı səbəb kimi göstərməyə çalışıb: “Əgər “Azərbaycan” jurnalının baş redaktorunu müavininin işi qane etmirsə, onu yarıtmırlarsa, o neyləməlidir? Belə olan halda istənilən rəhbər onu yarıtmayan işçisini vəzifəsindən uzaqlaşdıra bilər. Buna tam haqqı çatır. Amma Əsəd Cahangir işdən çıxmaq üçün ərizə yazıb. Biz də katiblik olaraq bu ərizəni müzakirə edib, onu istəyinə çatdırmışıq. Orda-burda yayılan qeybətlər bizi maraqlandırmır”.

Fikrət Qocaya bir sual da ünvanladıq: “Əsəd Cahangir heç bir ərizə yazmadığını və işdən çıxarıldığından xəbərsiz olduğunu deyir, sizcə, niyə?”

“Bu sualı Əsəd Cahangirin özünə verin, qoyun özü də cavablandırsın” - AYB katibinin sözü qısa və konkret oldu.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm