Bakıda temperatur 11 dərəcəyə enəcək
Bizi izləyin

Qırmızı.az

Bakıda temperatur 11 dərəcəyə enəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, güclü şimal-qərb küləyinin gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm