Bağırsaq və qara ciyər xərçənginin çarəsi
Bizi izləyin

Sağlamlıq

Bağırsaq və qara ciyər xərçənginin çarəsi

Payız və qış aylarının ən faydalı tərəvəzlərindən olan çuğunduru həm çiy, həm də bişmiş yemək olar. Bu tərəvəzdən bir-birindən dadlı salatlar və şorbalar bişirmək, həmçinin, şirəsini içmək mümkündür.

Publika.az çuğundurun faydalı xüsusiyyətlərini araşdırıb. Bu yazını oxuduqdan sonra çuğunduru süfrənizdən əskik etməyəcəksiniz.

1. İflic, infarkt riskini azaldır

Çuğundur kalium, maqnezium, dəmir, B6, A və C vitamini baxımından çox zəngindir. Ancaq onun ən faydalı xüsusiyyəti çoxlu miqdarda nitrat ehtiva etməsidir. Nitrat sayəsində iflic, infarkt riskini azaldır. Qandakı oksigenin miqdarını artırır. Ümumiyyətlə, mütəmadi olaraq çuğundur yemək ürək sağlamlığı üçün çox önəmlidir.

2. Antioksidant mənbəyidir

Antioksidantlar immunitet sistemini gücləndirir. Həmçinin xolesterinin səviyyəsini aşağı salır.

3. Beyin üçün faydalıdır

İnsan yaşlandıqca hafizəsi zəifləyir. Ancaq çuğundur yeyən insanların yaddaşı güclü olur. Çuğundur beyinə daha çox qan və oksigen getməsini təmin edir.

4. Sümükləri gücləndirir

Çuğundurun tərkibindəki təbii minerallar sümükləri möhkəmləndirir, kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Çuğundur sümükləri gücləndirən C vitamini, fol turşusu ilə də zəngindir.

5. Enerji verir

Araşdırmalar çuğundurun bədənə enerji verdiyini ortaya çıxarıb. Hər hansı zehni və ya fiziki fəaliyyətdən öncə çuğundur yemək lazımdır. Beləliklə, bədən daha gec yorulur və halsızlığın qarşısı alınır.

6. Qandakı şəkərin miqdarını tənzimləyir

Çuğundur qandakı qlükozanın səviyyəsini stabilləşdirir. Şəkər xəstələrinə həftədə 3 dəfə çuğundur şirəsi içmək məsləhət görülür.

7. Çəkini azaldır

Çuğundur az kalorili, bol lifli tərəvəzlərdən biridir. Elə buna görə də bədəndəki yağları əridir, orqanizmi toksit və ödəmdən təmizləyir.

8. Xərçəngə qarşı

Mütəmadi olaraq çuğundurdan istifadə edərək bağırsaq və qara ciyər xərçənginin qarşısını almaq olar.

9. Qanı təmizləyir

Çuğundur qanı təmizləyən ən təsirli qidalardan biridir. Mütəmadi olaraq istifadə etdikdə qan çirkliliyinin səbəb olduğu dəri problemlərinin, o cümlədən sızanaq və cizvələrin qarşısını alır.

10. Yaşlanmağa qoymur

Antioksidantlarla və vitaminlərlə zəngin olduğu üçün orqanizmi yaşlanmağa qoymur.

11. Kəpəklə mübarizə

Zülal, fosfor, kaliumla zəngin olan çuğundur baş dərisinə də yaxşı təsir edir. Çuğundur yeyənlərdə baş dərisinə qan yaxşı işlədiyindən ölü dərilər təmizlənir, kəpəyin qarşısı alınır, dəri daha gec yağlanır, yeni tükün əmələ gəlmə prosesi sürətlənir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm