Nida.az
XİN: ABŞ konqresmenlərinin fikirləri mövcud reallıqdan kənardır
ABŞ konqresmenləri tərəfindən münaqişənin köklü səbəblərinə, işğal və təcavüz faktına varmayaraq, ABŞ-da erməni lobbi təşkilatı olan Amerika milli erməni komitəsinin təsiri altında münaqişə ilə bağlı irəli sürülən fikirlər obyektiv faktlar və mövcud reallıqdan kənardır.
Bunu dailykarabakh-a eksklüziv açıqlamasında XİN-nin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ konqresmenləri Ed Royse və
Eliot Engel tərəfindən münaqişə ilə əlaqədar irəli sürülən
fikirlərə və “etimad quruculuğu” tədbirlərinə münasibət bildirərkən
deyib.
H.Hacıyevin sözlərinə görə, səthi xarakter daşıyan bu fikirlər
Ermənistanın “etimad quruculuğu” tədbirləri barəsində siyasi
möhtəkirliyinin dəstəklənməsinə xidmət edir: "Bu məqsədlə ABŞ-da
erməni lobbi təşkilatı olan Amerika Milli Erməni Komitəsi
tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fikirləri də
təhrif olunur".
XİN sözçüsü deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi
müzakirələr hissəsində çıxışı zamanı etimad quruculuğu tədbirləri
və münaqişənin real, mümkün həlli prosesinə bir daha aydınlıq
gətirildi. Bildirildi ki, Ermənistanın tarixi təhriflər əsasında
qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana
qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə
aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə
məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun
azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı
çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə məlumat mübadiləsi və
ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl
səbəbləridir. Çıxış zamanı nazir Elmar Məmmədyarov tərəfindən o da
vurğulandı ki, effektiv etimad quruculuğu tədbirləri üçün ilk
növbədə və təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan
həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin
araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə,
bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın işğalçı
silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan
ərazilərində mövcudluğudur".
XİN rəsmisi daha sonra deyib: "Əgər ABŞ konqresmenləri münaqişənin ədalətli həllində, insan tələfatının qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlıdırlarsa, onlara Azərbaycanın irəli sürdüyü və münaqişənin köklü həllinə xidmət edəcək bu real təklifləri dəstəkləməyi tövsiyə edərdik".
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu