Gələn il neft təchizatı azalacaq, tələb artacaq, qiymətlər şişəcək
Bizi izləyin

Ekopublika.az

Gələn il neft təchizatı azalacaq, tələb artacaq, qiymətlər şişəcək

ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) Qısa Dövr Enerji Görünüşü hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, hesabatda gələn il qlobal neft təchizatının cari ildəki 95,55 milyon bareldən 95,98 milyon barelə yüksələcəyi qeyd edilib. Bildirilib ki, gündəlik 430 min barel istehsal artımı gözlənilir.

Buna qarşılıq cəmi neft tələbi 2015-ci ildə gündəlik ortalama 93,79 milyon bareldən 2016-cı ildə 95,20 milyon barelə yüksələcək. Qlobal neft tələbində gündəlik ortalama 1 milyon 410 min barel artım yaşanacaq.

Qlobal neft təchizatının azalması, tələbin artması qiymətlərə də təsir göstərəcək. 2016-cı il üzrə bir barel neftin 53,96 dollar olması gözlənilir Brent markalı neftin qiyməti isə 58,57 dollar təşkil edəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm