Ərdoğan Moskvanı hədələdi: “Akkuyu”nu başqa ölkə tikəcək”
Bizi izləyin

Dünya

Ərdoğan Moskvanı hədələdi: “Akkuyu”nu başqa ölkə tikəcək”

“Türkiyə Rusiya təbii qazının aparıcı istehlakçısıdır. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itki olacaq. Əgər lazım olarsa, Türkiyə başqa ölkələrdən təbii qazı idxal edə bilər”.

Publika.az “Hurriyet Daily News” nəşrinə istinadən xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Rusiya qırıcılarının Türkiyə hava məkanını pozmasını şərh edərkən deyib.

Türkiyə prezidenti əlavə edib ki, əgər Rusiya Mersində “Akkuyu” Atom Elektrik Stansiyasını tikməsə, onu başqası tikəcək. Ərdoğan xatırladıb ki, Rusiya tərəfi layihə üçün artıq 3 milyard dollar xərcləyib və Moskva bu məsələlərə həssaslıqla yanaşmalıdır.

Məlumata görə, Türkiyənin təbii qaza olan tələbatının 60 faizini, neftə olan tələbatının isə 35 faizini Rusiyadan təmin edir.

Son illərdə inkişaf edən Rusiya-Türkiyə münasibətləri Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından, ardınca isə rus qırıcılarının Türkiyə hava məkanını pozmasından sonra gərginləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm