Azərbaycana sığınan erməninin anasını İrəvanda vurdular
Bizi izləyin

Nida.az

Azərbaycana sığınan erməninin anasını İrəvanda vurdular

Bir müddət əvvəl Azərbaycanda sığınacaq almış erməni Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistanda yaşayan anası Cülyetta Virabyanı İrəvanda avtomobil vurub.

Publika.az “News.am”-a istinadən xəbər verir ki, hadisə qadın küçəni keçərkən baş verib. Nəticədə qadının budu sınıb.

Cülyetta “Erebuni” tibb mərkəzinə yerləşdirilib. Tibbi müayinələrdən sonra palataya yerləşdirilən qadının əməliyyata ehtiyacı olub-olmadığını müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Vaan Martirosyan Azərbaycanda sığınacaq aldığı gündən sonra onun Ermənistandakı yaxınlarına qarşı təzyiqlər edilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm