Bakıda 30-dək ağac aşdı - Güclü külək səbəbindən - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda 30-dək ağac aşdı - Güclü külək səbəbindən - FOTOLAR

Güclü külək nəticəsində paytaxtda bu saata qədər 30-dək ağac aşıb.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkiləri Mühafizəsi Stansiyasının rəisi Əli Ağayev Publika.az-a açıqlamasında bildirib ki, ağacların aşması nəticəsində xəsarət alan olmayıb. O qeyd edib ki, külək səbəbindən binaların üzərinə aşan ağaclar olsa da, artıq onlar təmizlənib.

Ə.Ağayev bildirib ki, bu saata qədər ağacların aşması ilə bağlı stansiyaya 30 müraciət daxil olub.

“Çalışırıq ki, müraciətlərın hamısını gün ərzində həll edək. Lakin müraciətlər hələ də davam edir. Sabah da gücləndirilmiş iş rejimində çalışacağıq. Müraciətlərin 90%-i ömrünü başa vurmuş, qocalmış qovaq ağacları ilə bağlı olub. Onların yaşı 50-dən çoxdur. Biz özümüz də aşmış ağacları təmizləyərkən ağacların aşması ilə bağlı müşahidələr aparırıq. Problem olanda aradan qaldırırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm