Türkiyənin super ulduzları azərbaycanlı modelyerin tədbirində
Bizi izləyin

Magazin1

Türkiyənin super ulduzları azərbaycanlı modelyerin tədbirində

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayıl oktyabrın 14-də «Afffair» brendinin “Yaz-Yay 2016” kolleksiyasını İstanbulda nümayiş etdirəcək.

Publika.az-ın məlumatına görə, “Fashion Week” çərçivəsində keçirilən gecəyə Türkiyənin tanınmışları Gülşən, Ozan Çolaqoğlu, Pamir Pekin, Özgə Ulusoy və Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo fəxri qonaq kimi dəvət olunub: “Bu şahanə tədbir olacaq, dünyanın bir çox məşhur dizaynerləri bu tədbirə qatılacaq. Dəfile zamanı Ozan Colaqoğlu və Can Bonomo ifa edəcək. Onu da qeyd edim ki, İstanbulda Nişandaşında yeni mağazamın açılışı da olub”.

Qeyd edək ki, R. İsmayılın kolleksiyaları bu günə qədər İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm