1.5 milyon uşağın gözü görmür
Bizi izləyin

Qırmızı.az

1.5 milyon uşağın gözü görmür

Dünyada təxminən 300 milyon insan göz xəstəliklərindən əziyyət çəkir. Onlardan təxminən 41 milyonunun gözü görmür. Korluqdan əziyyət çəkən insanların 82% yaşı 50-dən yuxarı olanlardır.

Publika.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Korluğun Profilaktikası Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyonu tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemli insanların sayı 45 min artır.

Korluq – görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb.

Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı Dünya Görmə Günü (World Sight Day) kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm