Putindən yardım alan Əsəd 70 kilometr irəlilədi - VİDEO
Bizi izləyin

Dünya

Putindən yardım alan Əsəd 70 kilometr irəlilədi - VİDEO

Rusiya aviasiyasının Xamada təşkil etdiyi hava əməliyyatlarından sonra quru əməliyyatına başlayan Suriya ordusu irəliləməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriya ordusu ölkənin mərkəzi hissəsində yerləşən Xama vilayətində 70 kilometr irəliləyib.

Məlumata görə, rejim qüvvələri ilə “Əl-Nüsra” Cəbhəsi və “Ahrar Eş” qruplaşmaları arasında şiddətli döyüşlər gedir. Suriya ordusunun çox sayda ağır silahlar və zirehli texnikadan istifadə etdiyi bildirilir.

Suriya ordusu Xama vilayətinin şimalında üstünlük qazansa, rejim ölkənin mərkəzi hissəsində özünü daha etibarlı hiss edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm