Bakcell şirkətinin “Applab” proqramı bir illiyini qeyd edir
Bizi izləyin

Ekopublika.az

Bakcell şirkətinin “Applab” proqramı bir illiyini qeyd edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş “AppLab” innovativ mobil developer layihəsinin bir illiyini qeyd edir.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Otən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

Bir müddət bundan öncə, 2015-ci ilin iyununda Bakcell “Applab” layihələri sırasında Betchlip (https://bethclip.com) və xercim.az (http://xercim.az) mobil proqramlarını təqdim edib. Yaxın gələcəkdə “Applab” iştirakçıları tərəfindən hazırlanan daha çox tətbiqetmələr bazara təqdim olunacaq.

“Applab” çərçivəsində yeni və parlaq ideyalar meydana gəlib. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. Bakcell bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı, gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməmizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Bakcell şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı, Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.

“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm