Koordinatlar qarışdı: Rusiya Suriya əvəzinə İranı vurdu
Bizi izləyin

Dünya

Koordinatlar qarışdı: Rusiya Suriya əvəzinə İranı vurdu

Xəzər hövzəsindən Rusiyanın Suriyaya göndərdiyi raketlər İran ərazisində parçalanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNN yayıb. Amerika kəşfiyyatı parçalanan raketlərin miqdarının 4 ədəd olduğunu bildirir. Hələlik raketlərin məhz İranın hansı bölgəsində yerə düşdüyünü müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, dünən Rusiya Xəzərdəki hərbi gəmilərindən Suriyanı Kalibra 3M14 raketləri ilə vurduğunu bəyan etmişdi. Suriya ərazisinə 26 raket buraxılmışdı və onların hədəfə çatdığı bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm