İŞİD Rusiya vətəndaşlarına hərbi təlim keçir
Bizi izləyin

Dünya

İŞİD Rusiya vətəndaşlarına hərbi təlim keçir

İŞİD terror qruplaşması Əfqanıstanda rusiyalı döyüşçülərə təlim keçir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

“İŞİD-in təlim mərkəzləri Rusiya və Mərkəzi Asiya vətəndaşlarının hərbi hazırlığı ilə məşğul olur. Təlim düşərgələrində təlimatçılar arasında ərəb ölkələri, Pakistan, ABŞ və Böyük Britaniyanın vətəndaşları var”, - o bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, Əfqanıstanda İŞİD bayrağı altında birləşənlərin sayı artıq 3,5 mini keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm