Ermənistan parlament üsul-idarəsinə keçir
Bizi izləyin

Dünya

Ermənistan parlament üsul-idarəsinə keçir

Serj Sarkisyan Ermənistanın parlament üsul-idarəsinə keçməsini nəzərdə tutan konstitusiya düzəlişləri ilə bağlı referendumu dekabrın 6-na təyin edib.

Publika.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.

Ermənistan parlamenti oktyabrın 5-də ölkədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsinə səs verib. Bu ölkə müxalifətinin etirazı ilə qarşılandı və Yerevanda bir neçə gün etiraz aksiyaları keçirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm