Payızın romantik dəb tendensiyası: viktorian üslub – FOTOLAR
Bizi izləyin

Dəb

Payızın romantik dəb tendensiyası: viktorian üslub – FOTOLAR

Viktoriya Britaniya tarixində 63 il taxtda olan ən məşhur kraliçadır. Onun hakimiyyətdə olduğu dövrü "Viktorian epoxası" da adlandırırlar. Britaniya imperiyasının istər siyasi, istərsə də mədəni, elmi sahədə çiçəklənmə dövrü sayılan Viktorian epoxası geyim sahəsinə də təsir göstərib. Belə ki Viktorian geyim üslubu Böyük Britaniya kraliçasının adından götürülüb. Bu geyim tərzi 19-cu əsrin ortalarından sonuna qədər olan müddəti əhatə edib. Bu müddət ərzində üslub dəbin təsiri nəticəsində xeyli dəyişikliyə uğrayıb. Buna baxmayaraq, özünəməxsus parlaq və fərqli cəhətlərini qoruyub saxlaya bilib.

Viktorian üslubunun əsas fərqləndirici xüsusiyyətlərindən biri qadın siluetinin qum saatları formasında olmasıdır. Vizual effektini artırmaq üçün dizaynerlər beli sıxan korsetlərə enli qollar və çoxqatlı ətərklər əlavə edirlər. Paltarlar isə mütləq bahalı parçalardan tikilməlidir. Yuxarı qaldırılmış, eyni zamanda boğaza yapışmış büzməli yaxalıqlar da viktorian tərzinin maraqlı detallarından biridir. Ümumiyyətlə, viktorian tərzində dəbdəbəli paltarların tikilməsi böyük zəhmət tələb edən iş olduğu üçün çox çətinliklə başa gəlir. O dövrün geyimlərində zəngin naxışlar, tikmələrdən geniş istifadə olunurdu. Paltarın romantik və ya nəcib alınması üçün krujeva detalları gözə dəyirdi. Üstəlik, 19-cu əsrin mühüm dəb elementi - çiyin örtüyü və ya dəbdəbəli şallar idi. Ürək, göyərçin, ilan, gül və sair bu kimi zinət əşyaları və broşlar da viktorian üslubunun zəruri bəzək əşyaları sayılır.

Dünyanın tanınmış dizaynerləri öz kolleksiyalarında mütəmadi olaraq bu geyim tərzinə müraciət edirlər. Ötən il məlum oldu ki, viktorian üslubu dəbdə uzun müddət hələ hökmranlıq edəcək. Müasir dövrün dizaynerləri viktorian üslubunda geyim yaratmaq üçün kəşmir, atlas, ipək və məxmər kimi yalnız təbii, zəngin parçadan istifadə edirlər. Parçalarda rəng ahənginin eyni olmasına xüsusi fikir verilsə də, müxtəlif fakturalı parçalarla tərtib olunur.

Hazırda viktorian üslubun elementlərinə hətta cins şalvarlarda da rast gəlmək olar. Müasir qadınlar bu gün obrazlarına klassik şallar əlavə etməklə viktorian üslubuna nail ola bilərlər.

Publika.az viktorian tərzində geyinməyi xoşlayan müasir qadınların bir neçə fotosunu seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm