Saakaşvili 30 il həbs cəzası ala bilər
Bizi izləyin

Dünya

Saakaşvili 30 il həbs cəzası ala bilər

Haaqa Beynəlxalq Məhkəməsində 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən hadisələrlə bağlı istintaq başlanıla bilər.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Rusiya tərəfindən təqdim olunan materiallara görə, Osetiyada münaqişə zamanı mərkəzi fiqur hazırda Odessa şəhərinin meri olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili olub. O, müharibə vaxtı bir sıra cinayətlərdə ittiham olunur.

Qərar qəbul olunması üçün xüsusi komissiya bütün sənədləri araşdırır.

AŞPA-nın Gürcüstandan olan Monitorinq Komitəsinin keçmiş sədr müavini Elena Tevdoradze təsdiq edib ki, materiallarda olan məlumatlarda Saakaşvilinin günahı sübuta yetirilsə, onu 30 il azadlıqdan məhrumetmə gözləyə bilər.

Daha əvvəl Gürcüstan hökuməti Saakaşvilini vətəndaşlıqdan çıxarmağa hazır olduğunu bəyan etmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm