Kirayə evlərin qiyməti düşməyəcək
Bizi izləyin

Digər

Kirayə evlərin qiyməti düşməyəcək

Daşınmaz əmlak bazarının böhranla üzləşdiyi, alqı-satqının azaldığı bir zamanda kirayə evlərin qiymətlərində artımlar müşahidə edilir. Orta təmirli, yaşamaq üçün nisbətən əlverişli olan evlərin kirayə haqqı 300 manatdan başlayır. Metro stansiyasına yaxın evlərin mənzil şəraiti isə ikinci plana keçir.

Ev sahibi ilə birlikdə yaşamaq daha ucuzdur

Publika.az-ın bazarda apardığı araşdırmaya görə, hazırda ucuz kirayə haqqı ev sahibi ilə birlikdə təklif olunan mənzillərdir. “Belə evlərdə daha çox, tələbələr qalır. Kirayənin bu növü üzrə qiymətlər 100 manatdan başlayır. Məsələn, mənzillər var ki, tələbə qızlara adambaşına 100 manatdan kirayə verilir. Təbii, mənzildə onlarla birlikdə ev sahibi də yaşayır”, - müraciət etdiyimiz alqı-satqı ofisinin əməkdaşı bildirdi.

Nisbətən ucuz kirayə mənzildə qalmaq müqavilənin müddətindən də asılıdır.“Əgər evin kirayə haqqının ucuz başa gəlməsini istəyirsinizsə, müqaviləni birillik bağlayın. Bu halda kirayə haqqlarında kifayət qədər endirim olur”.

İnvestisiya məqsədilə alınan mənzillər də kirayəyə təqdim edilir

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, yeni tikililərdə kirayə haqları daha yüksəkdir. 2 otaqlı mənzilin kirayəsi ən yaxşı halda 400 manatdan başlayır. Kommunal xərclər isə kirayə haqqına daxil edilmir.

Həmşöhbətimiz yeni tikililərin kirayəsi ilə bağlı maraqlı fakt açıqladı. Bildirdi ki, bir zamanlar investisiya məqsədilə alınan mənzillər də kirayəyə təklif olunur. Bununla belə, bazarda təklifin tələbi üstələdiyini söyləmək olmaz.

“Qiymət düşməyəcək”

O ki qaldı zonalar üzrə qiymətlərə, ofis əməkdaşı Bakıxanov qəsəbəsi, “Həzi Aslanov”, “Əhmədli” metrostansiyaları ərazisində evlərin daha ucuz olduğunu diqqətə çatdırdı: “Gənclik”, “Nərimanov”, “Nəsimi”, “Azadlıq” metrostansiyaları ərazisində kirayə haqları yüksəkdir. Qiymətlərin ucuzlaşması gözlənilmir. Düzdür, kirayə bumu avqustun sonu, oktyabrın əvvəlinə qədər davam edir. Bundan sonra qiymətlər bahalaşmır. Lakin ucuzlaşma da olmayacaq”.

Kirayə mənzil bazarında artım var

"MBA Consulting Group"un ekspertləri isə bildirir ki, tədris ilinin başlaması ilə əlaqədar kirayə bazarında aktivlik artıb. Onların sözlərinə görə, bazarda təklifin artmasına baxmayaraq, qiymətdə ümumi şəhər üzrə azalma baş verib. Dollarla ifadədə qiymət 634 USD/mənzil-dən -2.0% azalaraq 621 USD/mənzil təşkil edib. Bazarda əməliyyatların sayı isə 95-dən 33.7% artaraq 127 ədəd olub. Hər kv.m-ə görə isə kirayə haqqı -7.4% azalaraq 9.06 $/kv.m-dən 8.39 $/kv.m-ə düşüb.

Araşdırmalara əsasən aktivlik əmsalına görə ən cəlbеdici zona II zona olub. Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66.4%-nə malikdir. Təklif portfelinin strukturuna uyğun dəyişiklik otaq sayında da müşahidə edilib. Otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qеydə alınıb. Təklif üzrə ən çoх artım 2 otaqlılarda qеydə alınıb. 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma müşahidə olunub”.

Ucuz evlər 500 manatdan başlayır

Tələb portfelində ucuz evlərin payı aylıq kirayə haqqı 500 AZN-ə qədər 55.8% , orta qiyməti 500-1000 AZN manat aralığında olan evlərin payı isə (azalaraq )36.2% olub. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı ümumi portfelin 8.0%-ni təşkil edib.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (621 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 70.0%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.11, orta sahə isə 68.86 kv.m təşkil еdib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm