Metyu Brayza: “AŞPA məruzəçisinin Qarabağa buraxılmaması...”
Bizi izləyin

Nida.az

Metyu Brayza: “AŞPA məruzəçisinin Qarabağa buraxılmaması...”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən regiona buraxılmamasını şərh edib.


Publika.az “Vestikavkaz”-a istinadən xəbər verir ki, keçmiş səfir bu qərarın qəribə olduğunu bildirib: “Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır”.


Qeyd edək ki, R. Volter sentyabrın 17-də cəbhə xəttinin Azərbaycan tərəfinə səfər edib. Lakin işğalçı rejim onun Dağlıq Qarabağa getməsinə icazə verməyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm