İdman
Portuqaliya və Şimali İrlandiya da Avropa çempionatına vəsiqə qazandı
AÇ-2016-nın seçmə mərhələsinin D, İ, və F qruplarında növbəti oyunlar keçirilib. Avstriya, İngiltərə, İslandiya, Çexiya və Fransanın ardımdam daha iki milli – Portuqaliya və Şimali İrlandiya AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, günün ən maraqla gözlənilən oyunlarından biri Elbasanda baş tutub. Burda Albaniya millisi Serbiyanı qəbul edib. Bu iki millinin keçən il Serbiyada baş tutmuş oyunu qalmaqalla nəticələnmişdi. Bunun da nəticəsində serblərə texniki məğlubiyyət verilmişdi. Elbasandakı oyundan öncə isə bu komandalar fərqli vəziyyətdə idilər. Belə ki, albanların Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı fürsəti olsa da, serblər artıq bu şansını itirib. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya millisi qrupda ilk iki pillədən birini tutaraq AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün evdə serbləri məğlub etməli idi. Ancaq Aqolli və komanda yoldaşları nəinki serbləri məğlub etmək, hətta bir xal belə qazana bilməyiblər. Belə ki, 90-cı dəqiqəyə kimi 0:0 davam edən oyuna əlavə olunmuş dəqiqələrdə iki qol vuran Serbiya millisi albanlara ağır zərbə vurub - 2:0.
Dublində keçirilən oyunda isə İrlandiya son dünya çempionu Almaniyanı qəbul edib. Yoahim Lövün yetirmələri Dublindəki matçda ən azı bərabərliyə nail olarsa, qrupdakı son oyunların nəticəsindən asılı olmayaraq, AÇ-2016-ya birbaşa vəsiqə qazanacaqdı. Ancaq almanlar buna nail ola bilməyiblər. İrlandiyanın hücumçusu Lonqun oyunun 70-ci dəqiqəsində vurduğu qol qarşılaşmada yeganə olub.
AÇ-2016, qrup mərhələsi
8 oktyabr
D qrupu
21:00 Gürcüstan - Cəbəllütariq 4:0
Vatsadze, 30; 45. Okriaşvili, 35-p. Kazaişvili, 87.
23:45 İrlandiya - Almaniya 1:0
Lonq, 70.
23:45 Şotlandiya - Polşa 2:2
Riçi, 45. Fletçer, 62 - Levandovski, 3; 94.
Almaniya - 19, Polşa, İrlandiya - 18, Şotlandiya - 12, Gürcüstan - 9, Cəbəllütariq – 0.
F qrupu
23:45 Rumıniya - Finlandiya 1:1
Hoban, 91 - Pohyanpalo, 67.
23:45 Macarıstan - Farer adaları 2:1
Böde, 63; 71 - Edmundsson, 11.
23:45 Şimali İrlandiya - Yunanıstan 3:1
Deyvis, 35; 58. Maqennis, 49 - Aravidis, 87.
Şimali İrlandiya – 20, Rumıniya - 17, Macarıstan - 16, Finlandiya - 11, Farer adaları - 6, Yunanıstan – 3.
İ qrupu
23:45 Albaniya - Serbiya 0:2
Kolarov, 91. Lyayiç, 94.
23:45 Portuqaliya - Danimarka 1:0
Moutinyo, 66.
Portuqaliya - 18, Danimarka - 12, Albaniya - 11, Serbiya - 4, Ermənistan – 2.
Qeyd: Serbiyanın hesabından 3 xal çıxılıb.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir