Vitamin çatışmazlığı kökəlməyə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

Vitamin çatışmazlığı kökəlməyə səbəb olur?

Alimlər vitamin və mineral çatışmazlığının kökəlməyə səbəb olduğu qənaətindədirlər.

Belə ki orqanizm vitamin və mineral çatışmazlığından əziyyət çəkdikdə insan yeməyə daha çox meyil edir.

Araşdırmalar müxtəlif mineral və vitaminlərin çatışmazlığı zamanı orqanizmdə problemlər ortaya çıxdığını müəyyənləşdirib.

Publika.az bu dəfə vitamin və mineral çatışmazlığının qarşısını almağın yollarından yazıb:

Kalsium və maqnezium çatışmazlığı

Orqanizminizdə kifayət qədər maqnezium və kalsium yoxdursa, bol şəkərli və duzlu qidalar yemək istəyəcəksiniz. Xüsusilə də maqnezium çatışmazlığından əziyyət çəkirsinizsə, ürəyiniz mütəmadi olaraq şokolad istəyəcək.

Qeyd edək ki, stres və həddən artıq şirin qidalar kalsium və maqneziumun bədəndən atılmasına səbəb olur.

Bu vəziyyətin qarşısını almaq üçün qatıq, kefir, pendir, göyərti yeyin. Bunlar kalsiumla zəngin qidalardır. Maqnezium üçün isə kartof (qabıqlı halda), süd məhsulları, brokkoli, çərəzlər yeyə bilərsiniz.

B vitamini çatışmazlığı

B vitamini orqanizm üçün ən vacib vitaminlərdən biridir. B1, B5, B6 və B9 vitaminlərinin hər birinin öz funksiyası var. Bu vitaminlər beyin fəaliyyətini gücləndirməklə yanaşı, streslə də mübarizə aparırlar. Əgər həddən artıq stresə məruz qalırsınızsa, deməli, həmin vitaminlər orqanizm tərəfindən daha çox istifadə edilir. Belə olan halda, B vitamini çatışmazlığı ilə üzləşməyiniz labüddür. Kofein, spirtli içkilər, şirin qidalar, hamiləliyin qarşısını alan həblər, ağrıkəsici, temperaturu aşağı salan dərmanlar bədəndəki B vitamini anbarının boşalmasına səbəb olur.

Bunun qarşısını almaq üçün dəniz məhsulları, süd məhsulları, göyərtilər, qırmızı ət, banan, kartof, avokado, yumurta sarısı, toyuq əti, qızıl balıq yeyin. Bu qidaların tərkibi B vitamini ilə zəngindir.

Sink çatışmazlığı

Sink çatışmazlığı zamanı da insan həddən çox yeyir və kökəlməyə başlayır. Həmçinin saçlar tökülür, dadalma qabiliyyəti azalır, xəstə duzdan və şəkərdən daha çox istifadə etməyə başlayır. Sinklə zəngin qidaların sayı çox azdır. İstiridyə, qara ciyər, xərçəng kimi qidalar yeyərək orqanizmi sinklə təmin etmək olar. Yumurta və yaşıl noxudda da az miqdarda sink var.

Dəmir çatışmazlığı

Dəmir çatışmazlığı, əsasən, menstruasiya və klimaks dövründə olan qadınlarda, vegeterianlarda və veqanlarda müşahidə edilir.

Dəmir, əsasən, qırmızı ətdə və balıqda olur. Həmçinin qabaq tumu, çərəzlər, paxlalı bitkilər də D vitamini ilə zəngindir. Dəmirin orqanizmdə sərfəli istifadə edilməsi və bədəndən dərhal atılmaması üçün C vitamini ilə birgə istifadə edilməsi məsləhətdir. Məsələn, ətin yanında brokkoli yeyə bilərsiniz.

Omeqa-3 yağ turşularının səviyyəsi aşağı düşübsə...

Orqanizminizdə kifayət qədər Omeqa-3 yağı yoxdursa, ürəyiniz pendir istəyə bilər. Omeqa-3 sağlamlıq üçün ən vacib ünsürlərdən biridir. Yumurta, qızıl balıq ən yaxşı Omeqa-3 qaynağıdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm