İraqda Putin əfsanəsi: Abdüləmir necə Vladimir oldu?
Bizi izləyin

Dünya

İraqda Putin əfsanəsi: Abdüləmir necə Vladimir oldu?

Rusiyanın Suriyadan sonra İraqda da İŞİD terror təşkilatına qarşı hava əməliyyatlarına başlayacağı barədə xəbərlər iraqlı şiələri sevindirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şiə ərəblər Rusiya prezidenti Vladimir Putinin müsəlman olduğuna inanır və bir çoxu onu “xilasedici” olaraq görür.

İraqda son günlər dolaşan şayiələrə görə, Putin əslində İraq mənşəli bir müsəlmandır.

Rusiya agentləri, yoxsa Rusiya tərəfdarı olan şiələr tərəfindən uydurulduğu məlum olmayan iddialar aşağıdakı kimidir: “Putinin atası əslində iraqlı bir satıcı idi. İraqın cənubundakı Nasiriye şəhərində yaşayan Putinin atası ərəb dilində “tin” deyilən əncir də satırdı. Buna görə də Putinin atasına “Əbu Tin” deyilirdi. “Əbu Tin” İkinci Dünya müharibəsindən sonra Rusiyaya köçüb. Burada sarışın bir rus qızı ilə evlənib və dünyaya gələn oğluna Abdüləmir adını verib. Ancaq rus dilində Abdüləmir adını tələffüz etmək çətin olduğundan onun adı Vladimirlə dəyişdirilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm