DSMF-nin daha 2 xidməti elektronlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

DSMF-nin daha 2 xidməti elektronlaşdırıldı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) daha 2 xidməti elektronlaşdırılıb.

Fonddan Publika.az-a verilən məlumata görə, bunlar “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətləridir.

Tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 9 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıqdır. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 27 faiz azalıb.

Tədbirdə bildirilib ki, təqdim edilən hər iki elektron xidmət müvafiq olaraq, ailə kəndli təsərrüfatlarının və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin sığortaedən kimi uçota alınaraq, onlara “Sığortaedənin uçot nömrəsi”nin verilməsini nəzərdə tutur. Bu xidmətlərin istifadəyə verilməsi sığortaedənlərin uçota alınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm