“Qəbələ”nin futbolçusu İngiltərə millisinə qarşı
Bizi izləyin

İdman

“Qəbələ”nin futbolçusu İngiltərə millisinə qarşı

Bu gün AÇ-2016-nın seçmə mərhələsində növbəti 9 qarşılaşma keçiriləcək. Fransaya gedəcək 24 komandadan 7-nin adı məlumdu. Ancaq 17 vəsiqə hələ də sahibini gözləyir. Bir maraqlı faktı da deyək ki, 17 komanda üçün bu şans bitib.

Publika.az xəbər verir ki, C qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi müəyyənləşə bilər. Bunun üçün həm İspaniya, həm də Slovakiyaya cəmi 1 xal lazımdı. Ukraynanın büdrəməsi də cütlüyün Fransa biletini təmin etməsi ilə nəticələnəcək. Lüksemburqla qarşılaşma İspaniya millisinin Avropa çempionatlarında 150-ci oyunu olacaq. Həmçinin Sesk Fabreqas millidə 100-cü oyununu keçirə bilər.

G qrupunun qalibi müəyyənləşdiyindən 2-ci vəsiqə və pley-offa çıxmaq iddiasında olan 3 komanda mübarizə aparacaq. Rusiya, İsveç və Monteneqro xal hesabını artırmağa çalışacaq.

İngiltərənin 1-ci yeri təmin etdiyi E qrupunda isə 4 iddiaçı Fransa arzusunu reallaşdırmaq üçün meydana çıxacaq. İsveçrə və Sloveniya ilə yanaşı, Estoniya ilə Litva da cüzi şanslarından istifadə etmək üçün xal qazanmalıdır. “Qəbələ”nin şərəfini qoruyan Sergey Zenyov Estoniya millisinin İngiltərə ilə səfər matçında komandasına kömək etməlidir.

AÇ-2016-nın seçmə mərhələsi

9 oktyabr

C qrupu

23:45 Makedoniya - Ukrayna

23:45 Slovakiya - Belarus

23:45 İspaniya - Lüksemburq

İspaniya – 21, Slovakiya – 19, Ukrayna – 16, Belarus – 7, Lüksemburq – 4, Makedoniya – 3.

E qrupu

23:45 İngiltərə - Estoniya

23:45 Sloveniya - Litva

23:45 İsveçrə - San-Marino

İngiltərə - 24, İsveçrə - 15, Sloveniya – 12, Estoniya – 10, Litva – 9, San-Marino – 1.

G qrupu

23:45 Lixtenşteyn - İsveç

23:45 Moldova - Rusiya

23:45 Monteneqro – Avstriya

Avstriya – 22, Rusiya – 14, İsveç – 12, Monteneqro – 11, Lixtenşteyn – 5. Moldova – 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm