İqbal Ağazadə o qızdan danışdı: “Ayıbdır!”
Bizi izləyin

Nida.az

İqbal Ağazadə o qızdan danışdı: “Ayıbdır!”

“Mənim qardaşımın adamlarının Araz Əlizadənin səlahiyyətli nümayəndəsi ilə nə işi var?! Bu qədər şər-böhtan yetər, adamlar ayıb bilmirlər, işləri ancaq başqalarını qaralamaqdır”.

Bunu Publika.az-a 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə hazırda seçki kampaniyası apardığını, bütün diqqətini seçkilərə yönəltdiyini bildirib: “Mən seçki kampaniyamın aparılması ilə məşğulam. Araz Əlizadə mənim üçün digər rəqiblərimdən fərqlənmir. İşin qızğın vaxtında mənim, yaxud qardaşımın Araz Əlizadə və ya onun nümayəndəsi ilə maraqlanmağa nə vaxtımız, nə də həvəsimiz var. Bütün bunlar şər-böhtandır. Araz Əlizadənin ittihamlarını oxumamışam və oxumaq da niyyətində deyiləm”.

Qeyd edək ki, A. Əlizadə Publika.az-a açıqlamasında İ.Ağazadənin qardaşı İlqar Ağazadənin adamları tərəfindən onun səlahiyyətli nümayəndəsi Günel Babayevaya hədə-qorxu edildiyini deyib. Onun sözlərinə görə, məsələ polis tərəfindən araşdırılır.

Yayılan məlumatlara görə, oktyabrın 7-də Günel Babayeva evlərinə gedərkən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Ülvi Seyid əli oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Muradov “Daimlerchreysler” markalı, 50 BZ 661 nömrəli avtomobildə onu izləyiblər. Hazırda Xətai rayon Polis İdarəsinin 35-ci polis şöbəsində məsələylə bağlı tədqiqat-araşdırma aparılır. A.Əlizadə bu şəxslərin İqbal Ağazadənin qardaşı İlqar Ağazadəyə məxsus beton zavodunun işçiləri olduğunu iddia edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm