Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur? – ƏLAMƏTLƏR
Bizi izləyin

Sağlamlıq

Ağıllı telefonlar və planşetlər hansı xəstəliyə səbəb olur? – ƏLAMƏTLƏR

10 ildir həyatımızın bir hissəsinə çevrilən ağıllı telefonlar və planşetlər yeni bir xəstəliyin səbəbkarı olub. Həkimlər bu xəstəliyi “Teck-neck” adlandırırlar. Alimlər bildirirlər ki, texnologiya ilə həddən artıq təmasda olmaq sizi xəstə edə bilər.

Statistikalar göstərir ki, insanlar gündə təxminən 2 saatlarını telefon və planşetlərə sərf edirlər. Bu müddətdə baş mütəmadi olaraq önə doğru əyildiyi üçün “Teck-neck” xəstəliyi baş verir. Bu, boyun və kürək nahiyəsində ağrı, çənə altında dərinin sallanması, buxağın yaranması, boyunda qırış ilə müşahidə edilir.

Həkimlər bildirirlər ki, baş 15 dərəcə əyildikdə boyuna 13 kiloqram yük düşür. Əgər çənənizi boynunuza yaxınlaşdıraraq dayanırsınızsa, bu zaman yük 27 kiloqrama qədər artır. Bu isə boyun və kürəkdə ağrılara səbəb olur, dərinin elastikliyi itir, qırışlar yaranır. Həkimlər müasir dövrün xəstəliyi olan “Tech-neck”in, əsasən, gənc nəsildə müşahidə edildiyini bildirirlər. 18-40 yaş arasında olanların bu xəstəliyə yaxalanmaq riski çoxdur.

Bəs bu xəstəlikdən qorunmaq üçün nə etmək olar?

1. Ağıllı telefon və planşetləri daha az istifadə etməyə çalışın.

2. Ofisdə işləyənlər kompüterin ekranının göz səviyyəsindən aşağıda olmamasına diqqət etməlidirlər. Boyunu önə doğru əymək əvəzinə, düzgün pozada qalmağa diqqət etsinlər.

3. Tez-tez boyun əzələlərini rahatlaşdıran hərəkətlər edin. Vaxtaşırı ekrandan uzaqlaşın, boyuna düşən yükü azaldın.

4. Planşet istifadəçiləri onu düz saxlayan xüsusi oturacaqlardan istifadə edə bilərlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm