Qırmızı.az
Nazirlik işdən qeyri-qanuni çıxarılan 16 nəfəri işinə qaytardı
Ötən ay həyata keçirilən nəzarət tədbirləri nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox, yəni 863001 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Publika.az xəbər verir ki, həmin vəsait əsasən gecikdirilmiş əməkhaqlarından ibarət olub. Bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının daha çox sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib və belə hallara yol vermiş işəgötürənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tədbirlər görülüb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,6 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 1407267 manatı (93,6 faiz) əməkhaqlarından, 82947 manatı (5,5 faiz) işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.
Hesabat dövründə işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 16 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.
Gülnar Əliyeva
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO