Nida.az
Məzahir Pənahov: “Bizi məcbur etməsinlər”
“Deputatlığa namizədliyi qeydə alınan şəxslər qanunlara uyğun hərəkət etməlidir. Bizi namizədlərlə bağlı ölçü götürməyə məcbur etməsinlər. Qanunlara əməl etməyənlər haqda cəza tədbirləri görüləcək”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün
keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK hər kəs üçün bərabər şərait yaradır:
“Lakin namizədlər də qanunlara əməl etməyə borcludur. Namizədliyi
qeydə alınan şəxslər təbliğat kampaniyasını qanunvericiliyin
tələblərinə uyğun aparmalıdır”.
İclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki,
namizədlərin görüş keçirməsi üçün açıq və qapalı yerlər
müəyyənləşdirilib: “Təşviqat prosesində bəzi sahibkarların
mülkiyyətində olan obyektlərdə şəkillərin yapışdırılması mümkün ola
bilər. Amma hər hansı binanın, abidənin üzərinə şəkillərin
yapışdırılması yolverilməzdir. Kütləvi informasiya vasitələrinin də
bu məsələdə rolu xüsusi vurğulanmalıdır. KİV də bu məsələdə
qanunvericiliyin tələblərinə əməl etməlidir. Hər kəs üzərinə düşən
vəzifəni yerinə yetirməlidir. Çıxışlar zamanı nəzərdə tutulmayan
çağırışların edilməsi qadağandır”.
Sədr müavini bildirib ki, hər hansı namizəd qanunvericiliyin
tələblərini pozarsa, onun qeydiyyatının ləğvi gündəmə gələ
bilər.
Asif
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ